Dünya Çempionatı çərçivəsində ötən gecə keçirilən Portuqaliya - İspaniya matçı öncəsi ulduz futbolçu Rodri Hernandez Kaskante qeyri-adi hərəkəti ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, İspaniya millisinin və “Mançester Siti”nin dünyaca məşhur yarımmüdafiəçisinin oyundan əvvəl baş tutan məşq zamanı burnunu qarışdıraraq barmağını ağzına soxduğu anlar kameraya düşüb.
Təcrübəli futbolçunun bu xoşagəlməz görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq böyük müzakirələrə və marağa səbəb olub.