“Real Madrid” “İnter” klubunun futbolçusu Denzel Damfrisi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Real" klubundan açıqlama verilib. Məlumata görə, Madrid klubu müdafiəçi ilə 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Futbolçu son mövsümlərdə “İnter”in əsas oyunçularından biri olub və həm müdafiədə, həm də hücumlarda göstərdiyi sabit performansla diqqət çəkib.