ARB TV bölgələr üzrə xüsusi müxbir vakansiyası elan edir.
Bu barədə Metbuat.az-a televiziyadan məlumat verilib.
Qeyd edilib ki, televiziyada iş təcrübəsinə, efirə uyğun diksiya və görünüşünə malik, uzunmüddətli ezamlara uyğun olan şəxslər vakansiyaya müraciət edə bilərlər:
"Namizədlər Bakı ilə müqayisədə daha yüksək əməkhaqqı və müvəqqəti çalışacağı bölgədə yaşayış yeri ilə təmin olunacaqlar. Bölgəyə bələd olan operator və sürücü ilə çalışacaq, gün ərzində bir neçə dəfə canlı bağlantılarla efirə qoşulacaqlar.
Uyğun namizədlər CV-lərini, hazırladıqları stand up-lı videosüjetlə birlikdə vakansiya adını mövzu hissəsinə qeyd etməklə, office@arbtv.az mail ünvanına və ya 0502019393 whatsapp nömrəsinə yollaya bilərlər".
