İsveçrə millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Cezayiri 2:0 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb.
Metbuat.az xəbər verir ki, İsveçrə hesabı 10-cu dəqiqədə Breel Embolonun qolu ilə açıb. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə Dan Ndoye fərqi iki topa çatdıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Bu nəticə ilə Murat Yakının baş məşqçisi olduğu İsveçrə millisi 1938-ci ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə qazanıb. Komanda eyni zamanda 1954-cü ildən sonra ilk dəfə mundialın pley-off oyununda iki qol vurmağı bacarıb.
Cezayir ilk hissədə müəyyən müqavimət göstərsə də, ən təhlükəli epizodda Fares Şaibinin zərbəsini qapıçı Qreqor Kobel dəf edib. Afrika təmsilçisi matçın qalan hissəsində ciddi təhlükə yarada bilməyib.
Beləliklə, İsveçrə ardıcıl dördüncü dünya çempionatında da 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq. Görüş iyulun 7-də Vankuverdəki "BC Place" stadionunda keçiriləcək.