Avropa Kubokunda Azərbaycanı 21 gənc cüdoçu təmsil edəcək.

Metbuat.az xəbər verir ki, iyulun 4-5-də Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirdə Azərbaycan 11 çəki dərəcəsində 21 idmançı ilə (14 oğlan, 7 qız) təmsil olunacaq.

Yığmaya oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qızlardan ibarət komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Turnirdə ümumilikdə 33 ölkədən 470 cüdoçu (299 oğlan, 171 qız) mübarizə aparacaq.

Azərbaycan millisinin heyəti:

Oğlanlar

-60 kq

Ayxan Mirzəzadə

-66 kq

Məhəmməd Musayev

-73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

Səlim Sultanov

-81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

Roman Qarayev

-90 kq

Əli Qazıməmmədov

Süleyman Şükürov

Murad Allahverdiyev

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov

Qızlar

-48 kq

Nərgiz Əhmədov

52 kq

Nuranə Hacızadə

Fəridə Mirzəyeva

-57 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

Vüsalə Hacıyeva

  1. 63 kq

Nilgün Rzayeva