Son 4 mövsümü çempion kimi tamamlayan İstanbulun “Qalatasaray” klubu heyətini gücləndirmək üçün gözünü dünya futbolunun nəhəng isimlərindən birinə dikib.

Metbuat.az xəbər verir ki, sarı-qırmızılıların hədəfindəki futbolçu “Mançester Yunayted”in kapitanı, portuqaliyalı pleymeyker Bruno Fernandesdir.

Hazırda Portuqaliya millisi ilə Dünya Çempionatında mübarizə aparan 10 nömrəli ulduz üçün İstanbul nəhəngi turnirin başa çatmasını gözləyir. “Qalatasaray” rəhbərliyinin bu transfer üçün böyük bir büdcə ayırmağa hazır olduğu bildirilir. İddialara görə, klub ingilislərə 30-35 milyon avro, Fernandesin özünə isə illik 10 milyon avro maaş təklif etməyi planlaşdırır.

Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edən və turnir bitənə qədər yalnız milli komandaya fokuslandığını deyən təcrübəli futbolçunun “Qalatasaray”ın bu cəlbedici təklifinə necə cavab verəcəyi isə çempionatdan sonra bəlli olacaq.