İstanbulun “Qalatasaray” klubunun rəhbərliyi argentinalı hücumçu Mauro İkardi ilə müqaviləni yeniləməyəcəyi təqdirdə onun boşluğunu dolduracaq ideal namizədi müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Sarı-qırmızılıların İkardi ilə yolların ayrılma ehtimalına qarşı transfer hazırlıqlarına start verdiyi bildirilib. İstanbul təmsilçisinin transfer siyahısının ilk pilləsində ötən mövsüm əzəli rəqib “Fənərbaxça”da icarə əsasında çıxış etmiş ulduz futbolçu yer alır.
“Qalatasaray”ın hədəfindəki həmin şəxs kolumbiyalı hücumçu Con Durandır. Ulduz futbolçunun İkardinin komandadan gedişindən sonra hücum xəttindəki əsas güc mərkəzinə çevriləcəyi gözlənilir. Transferin reallaşması üçün tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi bildirilib.
