"Şuşada keçirilən görüş türkdilli ölkələr arasında dini sahədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Metbuat.az xəbər verir ki, bu fikirləri Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşündə jurnalistlərin suallarınö cavablandır zaman Qırğızıstan Prezidentinə bağlı Dini işlər və millətlərarası münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşıbekov deyib:

“Bugünkü toplantıda müxtəlif təşəbbüslər səsləndirildi, ölkələrimiz arasında təcrübə və informasiya mübadiləsi aparıldı. Bu, çox vacibdir. Görüşdən gözləntilərimiz böyükdür. Biz türk xalqları olaraq ortaq keçmişə malikik, mənəvi baxımdan bir-birimizə yaxınıq və Azərbaycanın qardaş xalqını yaxından hiss edirik”, - deyə o qeyd edib.

Talantbek Taşıbekov Bakıda müşahidə etdiyi inkişafı da yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan böyük uğurlara imza atıb və gələcəkdə daha yüksək inkişaf etmiş ölkələr sırasında yer alacağına inam böyükdür.