Paraqvay millisinin Almaniyanı məğlub edərək dünya çempionatında 1/8 finala yüksəlməsi ölkədə böyük coşqu ilə qarşılanıb.
Metbuat.az xəbər verir ki, komandanın tarixi uğurundan sonra Paraqvayda qeyri-iş günü elan edilib.
Qeyd edək ki, dünya çempionatının 1/16 final mərhələsində Paraqvay və Almaniya milliləri arasında keçirilən görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi Almaniyanı 4:3 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb.