Futbol üzrə dünya çempionatında Braziliya Yaponiyanı məğlub edib.
Metbuat.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Hərçənd ki, görüşdə hesbaı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan "sambaçılar" Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəni bayram ediblər.