Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi kapitanı Bülent Korkmazın yeni iş yeri məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yerli KİV-in yazdığına gore, əfsanəvi müdafiəçi Birinci Liqada təmsil olunan "Antalyaspor" klubunun başına keçib. "Antalyaspor" yeni baş məşqćisi Bülent Korkmazla 1 illik müqavilə imzalayıb.

Bülent Korkmaz Antaliya təmsilçisinin sükanı arxasına keçməkdən məmnun olduğunu bildirib. Əfsanəvi kapitan "Antalyaspor"un Super Liqaya vəsiqə qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib.