İstanbulun "Qalatasaray" klubu ulduz futbolçusu Vilfrid Sinqo ilə yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, "Napoli"dən sonra İtaliya nəhəngi "İnter" də Fildişi Sahilindən olan 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. Vilfrid Sinqonun Dünya Çempionatında nümayiş etdirdiyi oyun futbolçunun personasına marağı daha da artırıb.

Türkiyə mediası "Qalatasaray" rəhbərliyinin təcrübəli futbolçu üçün 55 milyon avro transfer haqqı müəyyənləşdirdiyini yazıb. Sinqonun karyerası ilə bağlı yekun qərarın Dünya Çempionatı başa çatandan sonra veriləcəyi gözlənilir.