Türkiyənin “Fənərbağça” klubunun braziliyalı müdafiəçisi Dieqo Karlos əvvəlcədən planlaşdırılan tibbi müayinəyə qatılmayıb.
Metbuat.az xəbər verir kİ, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbul təmsilçisi təcrübəli oyunçunun ona təqdim olunan proqrama riayət etmədiyini bildirib. Hazırda klub rəhbərliyi braziliyalı futbolçu ilə danışmağa və yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışsa da, Karlosla əlaqə qurmaq mümkün olmayıb.
Klub daxilində bu məsələ narahatlığa səbəb olub. “Fənərbağça”nın futbol şöbəsinin müdiri Oğuz Çetinin braziliyalı futbolçunun yerini müəyyənləşdirmək üçün səylə çalışdığı bildirilir.