Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo uzun fasilədən sonra yenidən peşəkar futbola qayıdır.
Metbuat.az xəbər verir ki, futbolçu İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib. 46 yaşlı braziliyalı komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə rəsmi oyuna çıxıb. Karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi nəhəng klublarda çıxış edən Ronaldinyo 2005-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, həmçinin Braziliya millisinin heyətində dünya çempionu adını əldə edib.