Dünya çempionatının yeni favoriti açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Opta” statistik platformasının superkompüteri tərəfindən aparılan hesablamalara əsasən, Argentina millisinin turniri qazanma ehtimalı 15.46% təşkil edir. İlk üçlükdə həmçinin Fransa milli futbol komandası (15.06%) və İspaniya milli futbol komandası (12.48%) yer alıb.

Turnir başlamazdan əvvəl favorit kimi İspaniya göstərilirdi. Lakin ispanlar ilk turda Kabo-Verde milli futbol komandası ilə 0:0 hesablı heç-heçə etdikdən sonra liderlik Fransaya keçmişdi.

“Opta”nın hesablamalarına görə digər favoritlərin siyahısı belədir: İngiltərə milli futbol komandası - 9.48%, Portuqaliya milli futbol komandası - 6.71%, Almaniya milli futbol komandası - 6.60%, Norveç - 5.42%, Braziliya milli futbol komandası - 4.56%, Niderland - 4.26%, Amerika Birləşmiş Ştatları milli futbol komandası - 4.07%.