Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo futbol üzrə dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, təcrübəli forvard dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan yığmasına qarşı keçirilən oyunun 6-cı dəqiqəsində fərqlənib.

Bu qoldan sonra hesab Portuqaliyanın xeyrinə 1:0 olub.

Ronaldo bu göstərici ilə yeni rekord müəyyənləşdirib.

O, daha əvvəl bu rekordu beş dünya çempionatında qol vurmuş Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü.