Bakıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Yəhya oğlu Məmmədov ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.