Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Şüşün kənd sakini, 1983-cü il təvəllüdlü Rəşad Məhəmməd oğlu Cəfərov kəndin ərazisindən keçən su kanalında boğulub.
R.Cəfərovun meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Davud Tarverdiyev / Metbuat.az