Belçika yaxın günlərdə Ukraynaya 7 ədəd F-16 qırıcı təyyarəsi verəcək. Təyyarələr üçün hər hansı ödəniş tələb olunmayacaq.

Metbuat.az xəbər verir ki, bu bəyanatla Belçikanın müdafiə naziri Teo Franken çıxış edib. Belçikali nazir təyyarələrin işlək vəziyyətdə olduğunu və cəbhədə istifadə edilə biləcəyini açıqlayıb.

Teo Franken Belçikanın yaxın bir neçə ay ərzində Ukraynaya daha 33 ədəd qırıcı təyyarə verəcəyini deyib. Onun sözlərinə görə, ölkəsi ABŞ-dan sifariş etdiyi F-35 təyyarələrini alandan sonra təhvil-təslim prosesi başa çatacaq.