Göyçayda şəhidin adını daşıyan küçədə işıqlandırma problemi yaşanır.
Bu barədə Göyçay rayonunun Birinci-Ərəbcəbirli kəndində yerləşən, Vətən müharibəsi şəhidi Həsən Bayramovun adını daşıyan küçənin sakinləri Metbuat.az-ın bölgə müxbirinə məlumat veriblər.
Onların sözlərinə görə, küçədə uzun müddətdir ki, işıqlandırma sistemi fəaliyyət göstərmir, ərazi gecə saatlarında qaranlıq qalır. Sakinlər bildiriblər ki, xüsusilə axşam və gecə saatlarında küçədə hərəkət etmək çətinləşir. Onlar problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsinə müraciət etdik. Bildirildi ki, mövcud problemin aradan qaldırılması hələlik mümkün deyil.
Davud Tarverdiyev / Metbuat.az