Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, iyunun 20-də çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 22-23, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.