Dünyanın ilk trilyoneri ünvanını qazanan İlon Maskın xalis sərvəti fantastik həddə - 1,3 trilyon dollara yüksəlib. Hər kəsi maraqlandıran əsas sual isə bu nəhəng kapitalın harada saxlanılmasıdır.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, məşhur milyarderin var-dövləti bank hesablarında nağd pul olaraq deyil, onun vizyoner şirkətlərinin səhmlərində “gizlənir”. Maskın sərvətinin əsasını “SpaceX” təşkil edir. Bununla yanaşı, onun elektromobil nəhəngi “Tesla” və süni intellekt şirkəti “xAI”-dakı payları da bu trilyonluq imperiyanın əsas hərəkətverici qüvvələridir.

Başqa sözlə, dünyanın ilk trilyoneri pullarını seyflərdə deyil, gələcəyin texnologiyalarına yatıraraq kosmosda və süni intellektdə “saxlayır”.