Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay-Ucar avtomobil yolunda "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Kərimov Xeyrəddin və 1982-ci il təvəllüdlü Dərgahov Qaraxan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara ilkin tibii yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az