Göyçayda əsən güclü külək fəsadlar törədib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarından başlayan intensiv külək Göyçay-Ucar yolunun Yeniarx kəndindən keçən hissəsində irigövdəli ağacları yola aşırıb. Hadisə nəticəsində piyadaların və avtomobillərin gediş-gəlişində bir sıra çətinliklər yaşanıb. Yolda hərəkət tamamilə məhdudlaşdırılıb.
Qeyd edək ki, hazırda baş vermiş hadisənin fəsadları aradan qaldırılır.
Davud Tarverdiyev / Metbuat.az