Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndərilib.
Metbuat.az xəbər verir ki, qatar Biləcəri stansiyasından yola salınıb.
11:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Metbuat.az xəbər verir ki, 7 vaqon 490 ton buğda iyunun 16-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.