Süni intellektin insan müdaxiləsi olmadan özünün daha təkmil versiyalarını yarada biləcəyi mərhələyə yaxınlaşması ilə bu texnologiyanın inkişafına məhdudiyyətlər qoyulması ilə bağlı çağırışlar yenidən güclənib.

Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, süni intellekt sistemləri yaxın gələcəkdə öz kodlarını yazaraq və təkmilləşdirərək insan nəzarəti olmadan inkişaf edə biləcək səviyyəyə çata bilər. Bu isə texnologiyanın təhlükəsizliyi və nəzarəti ilə bağlı yeni suallar yaradır.

ABŞ-ın süni intellekt şirkəti olan Anthropic də bu müzakirələrə qoşulub. Şirkətin yayımladığı “When AI Builds Itself” (“Süni intellekt özünü yaratdıqda”) adlı məqalədə qeyd olunur ki, bir süni intellekt modelinin insan müdaxiləsi olmadan öz varisini layihələndirib öyrətməsi üçün nəzəri hədd gözləniləndən daha yaxındır.

Məqalədə həmçinin bildirilib ki, artıq müəyyən sahələrdə avtonom proqram təminatı dövrlərinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şirkət hesab edir ki, bu prosesin sürətlənməsi süni intellektin inkişafı ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Ekspertlər və texnologiya şirkətləri süni intellektin nəzarətsiz inkişafının potensial risklərinə diqqət çəkərək beynəlxalq səviyyədə yeni tənzimləmə mexanizmlərinin hazırlanmasına çağırırlar.