Astroloqlar yaxın dövrdə maliyyə baxımından ən uğurlu olacaq bürclərin adlarını açıqlayıblar.

Metbuat.az xəbər verir ki, ulduzların hazırkı düzülüşünə əsasən Buğa, Qız, Əqrəb və Oğlaq bürclərini gəlirli dövr gözləyir.

Mütəxəssislərin fikrincə, Buğa bürcləri uzun müddətdir üzərində çalışdıqları işlərin bəhrəsini görəcək, yeni qazanc imkanları əldə edəcəklər. Qız bürcləri üçün isə karyera və biznes sahəsində uğurlu təkliflərin artacağı bildirilir.

Astroloji proqnozlara görə, Əqrəb bürclərinin maliyyə vəziyyətində müsbət dəyişikliklər baş verəcək. Xüsusilə investisiya və əmlak məsələlərində şans onların tərəfində olacaq.

Oğlaq bürcləri isə peşəkar fəaliyyətlərində mühüm irəliləyiş əldə edə bilərlər. Karyera yüksəlişi və gəlirlərin artması ehtimalının yüksək olduğu qeyd olunur.