"WhatsApp" artıq müəyyən bir vaxt taymerinə (məsələn, 24 saat və ya 7 gün) bağlı qalmadan, mesajların qarşı tərəf oxuyan kimi avtomatik silinməsi funksiyasını test edir.
Metbuat.az xəbər verir ki, bu funksiya aktiv edildikdə, qarşı tərəf mesajı oxuyub söhbət pəncərəsini bağlayan an mətn tamamilə yoxa çıxır.