Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bundan sonra o öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima Teatrında 2000-ci ildən fəaliyyət göstərir.