ABŞ Prezidenti Donald Trump İranın Vaşinqtonun sülh təklifinə verdiyi cavabı “qəbuledilməz” adlandırdıqdan sonra dünya bazarında neftin qiyməti yenidən kəskin yüksəlib.

Metbuat.az xəbər verir ki, Asiya birjalarında Brent markalı neftin bir bareli 105 dollardan yuxarı qalxıb. ABŞ xam nefti də bahalaşaraq 100 dollara yaxınlaşıb.

Qeyd edək ki, analitiklər qiymət artımını Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi və Hörmüz boğazı ətrafında risklərin artması ilə əlaqələndirirlər. ABŞ və İran arasında atəşkəslə bağlı aparılan müzakirələrin nəticəsiz qalması bazarlarda narahatlıq yaradıb.