Məşhur ABŞ aktirisası, Oskar mükafatı laureatı Ancelina Coli Los Angelesin bahalı rayonlarından birində yerləşən dəbdəbəli mülkünü satışa çıxarıb.

Metbuat.az xəbər verir ki, dünya şöhrətli aktrisa evinə 30 milyon dollar qiymət qoyub. Sənətçi alıcı tapa bilmədiyi üçün sonradan qiymətdə 150 min dollar endirim edib. Əmlak satışı ilə məşğul olan şirkət hazırda Colinin evini 29 milyon 850 min dollara satışa çıxarıb.

Qeyd edək ki, Ancelina Coli Los Ancelesdəki məşhur mülkünü 2017-ci ildə 24,5 milyon ABŞ dollarins alıb. 16 otaqdan ibarət olan villa 2 hektar ərazidə inşa edilib.