“Mançester Siti” Fil Fodenlə yeni müqavilə barədə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, 25 yaşlı futbolçu klubu ilə 4 illik yeni müqavilə imzalamağa hazırlaşır. “Sky Sports”un məlumatına görə, oun hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatmalı idi.
Məlumata görə, Foden yeni anlaşma ilə “Mançester Siti”də 2030-cu ilə qədər qalacaq. Müqavilədə daha 1 il uzatma bəndinin də yer alacağı bildirilir.
Qeyd edək ki, Fil Foden bu mövsüm bütün turnirlərdə 46 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.