“Real Madrid” "El Klasiko" öncəsi şok vəziyyətə düşüb.

Metbuat.az xəbər verir ki, Madrid təmsilçisində bir neçə əsas futbolçu eyni anda zədələnib və komanda kritik oyuna ciddi itkilərlə hazırlaşır. “Real Madrid” düşərgəsində Ferlan Mendi yenidən sıradan çıxıb, digər ulduzlar isə hələ də bərpa prosesindədir.

Məlumata görə, Tibo Kurtua uzun fasilədən sonra məşqlərə qayıtsa da, onun oyuna hazır olub-olmayacağı son anda bəlli olacaq. Eyni zamanda Arda Güler, Kilian Mbappe və digər futbolçuların da zədə problemi yaşadığı bildirilir.

Bu vəziyyət “Barselona” ilə qarşıdakı oyunu daha da gərgin edir. Komanda həm çempionluq şansını qorumaq, həm də azarkeşlərin təzyiqindən çıxmaq üçün qələbə qazanmağa məcburdur.