Dünyaca məşhur latın pop ulduzu Şakira ötən gecə təxminən 2 milyon pərəstişkarı ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Rio de Janeiro şəhərinidə baş tutan konsertdə ulduz müğənni 10 kostyum dəyişib.

Nəhəng konsert təkcə musiqi baxımından deyil, iqtisadi cəhətdən də Rio de Janeiro şəhərinə böyük töhfə verib.

Şəhər rəsmiləri bildiriblər ki, tədbir yerli iqtisadiyyata 160 milyon dollardan çox vəsait axını təmin edib.