Bununla yanaşı icma əsaslı məktəbəqədər təhsil qruplarına artıq 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə isə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Metbuat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

Valideyn-dövlət-özəl tərəfdaşlığı bu dəqiqə də aktualdır və qeydiyyat prosesi davam edir. Valideyn-dövlət-özəl tərəfdaşlığında hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən ödənilir. Qrant qazanmış ğzəl bağçaların siyahısı ilə tanış olub, boş yerlərə maraciət etmək olar.