Aktrisa Məlahət Abbasova Xalq artisti Rasim Balayevin İstanbulda vəfat etdiyi xəstəxanaya yollanıb.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, göz yaşı tökən aktrisa mərhumun yanında son günlər oğlunun olduğunu bildirib.

Göz yaşlarını saxlaya bilməyən M.Abbasova aktyorun nəşinin Azərbaycana göndərmək üçün hava limanına aparıldığını söyləyib:

“Həyatımda çox önəmli yeri olan biri idi. Çox ağırdı. Mütəmadi olaraq görüşürdük, telefondadanışırdıq. Sonuncu dəfə yazdı ki, səni sənin məni çox istədiyindən də çox istəyirəm”.