Şimali Koreya lideri Kim Çen In yenidən Dövlət İşləri Şurasının sədri seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

    Məlumata görə 15-ci çağırış Ali Xalq Məclisi ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Şurasının sədri seçib.

    Kim Çen In 2011-ci ildən KXDR lideridir. 2016-cı ildən bəri dövlət siyasəti məsələləri ilə məşğul olan ən yüksək dövlət orqanı olan Dövlət İşləri Şurasına rəhbərlik edir.

    2019-cu ildə konstitusiya dəyişikliklərindən sonra o, rəsmi olaraq dövlət başçısı və Koreya Xalq Ordusunun ali baş komandanı təyin edilib.