Son günlər regionda yaranmış gərgin vəziyyət və aviasiya marşrutlarında baş verən dəyişikliklər hava nəqliyyatına da təsirsiz ötüşmür. Bəzi istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması və marşrutların dəyişdirilməsi aviabiletlərin qiymətində artım olub-olmaması məsələsini gündəmə gətirir. Bəs hazırda hansı istiqamətlərdə aviabiletlərin qiyməti bahalaşıb və artım təxminən nə qədərdir?

Turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, müharibə edən ölkələrin üzərindəki hava məkanları bağlanıb. Bu isə o deməkdir ki, həmin hava məkanından istifadə edən uçuşlar, o cümlədən Körfəz ölkələrindən İran və İsrail üzərindən həyata keçirilən mülki uçuşlar dayandırılıb:

“Eyni zamanda münaqişənin bir qədər də geniş coğrafiyaya - Körfəz ölkələrinə doğru yayılması birbaşa uçuşların olmamasına səbəb olub. Hazırda Azərbaycandan həmin istiqamətdə təxminən 8 istiqamət üzrə uçuşlar dayandırılıb. Nəticədə həmin ölkələrə, xüsusilə Körfəz ölkələrinə getmək istəyən və ya oradan Azərbaycana gəlmək istəyən şəxslər dolayı tranzit uçuşlardan istifadə etməyə məcbur qalırlar. Bu isə təbii olaraq aviabiletlərin qiymətini ən azı iki dəfə artırır”.

Sevinc İbrahimzadə / Metbuat.az