Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat prosesi başlayır.
Metbuat.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, qəbul imtahanlarında iştirak üçün ərizə qəbulunun I mərhələsi fevralın 18-dən etibarən start götürəcək.
Qeydiyyat prosesi martın 5-dək davam edəcək.
Sevinc İbrahimzadə / Metbuat.az