“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
Metbuat.az xəbər verir ki, oyun Bakı vaxtı ilə bu gün saat 00:00-da başlayacaq və İngiltərədə, “Enfild” stadionunda keçiriləcək.
Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Xatırladaq ki, hazırda “Liverpul” turnir cədvəlində 15 xalla 4-cü pillədə yer alır. “Qarabağ” isə 10 xalla 18-ci mövqedə qərarlaşıb.