Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəslə qızı Dilan Çıtak arasında yaşanan insidentin yeni təfərrüatları məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan "Neler Olur Hayatta" verilişində açıqlama verilib.
Bildirilib ki, Dilan Çıtak atası ilə mübahisə edərkən əsəblərinə hakim ola bilməyib və əlindəki pultu ona başına vurmaq istəyib. Bundan sonra müğənni qızından məhkəməyə şikayət edib. Onun şikayətini rəsmiləşdirmək üçün iki konsertinin təxirə saldığı və vəkili ilə birlikdə Bodrum məhkəməsinə getdiyi bildirilir.
Məhkəmə Tatləsəsə doğru atılan pultu silah kimi qiymətləndirib və buna uyğun olaraq hüquqi prosedur başladılıb.
Hazırda Dominikan Respublikasında keçirilən “Survivor” yarışmasında iştirak edən Çıtakın bu xəbəri eşidəndə necə reaksiya verəcəyi maraq doğurur.