2025-ci ilin dekabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Aylıq sosial müavinət alanların 36,8 %-ni kişilər, 63,2 %-ni isə qadınlar təşkil edib.