Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, Azərbaycanın ilk qadın klip rejissoru və tanınmış prodüser Sevinc Kərimova dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, uzun müddət ABŞ-də yaşayan və yaxın vaxtlarda Bakıya qayıdan sənətçi 70 yaşında vəfat edib. Bildirilir ki, o, son aylarda ağır xəstəliklə mübarizə aparırdı.
Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
Mərhumla vida mərasimi yanvarın 8-də saat 11:00-da Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 8 ünvanında keçiriləcək.