Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə oxu.az-a Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, vida mərasimi saat 12:00-da baş tutacaq.

Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq.