Hazırda Həzi Aslanov stansiyasının dalan hissəsində əsaslı yenidənqurma işləri aparılır.

Metbuat.az-ın məlumatına görə, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

"2002-ci ildən istismarda olan bu hissə geoloji şərait və uzunmüddətli istifadə səbəbindən yararsız vəziyyətə düşmüşdü. İndi tamamilə sökülərək yenidən qurulur, əsaslı təmir işləri aparılır. Tavan hissəsi gücləndiriləcək. İşlərin 2026-cı ilin sonuna qədər tamamlanması nəzərdə tutulur", - deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az