Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında antiterror əməliyyatlarının tarixinə dair tədbirlər - dərs, mühazirə təşkil olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyiməlumat yayıb.

Bildirilib ki, "Suverenliyin bərpası – antiterror qəhrəmanlığı" mövzusunda keçirilən tədbirdə akademiyanın kursantları və nazirliyin əməkdaşları iştirak ediblər.

Mühazirə zamanı onlara antiterror əməliyyatlarında şəhid olan polislər və hərbi qulluqçular haqqında məlumat verilib.