“Instagram” istifadəçilərə bir neçə “reels”i ardıcıl birləşdirərək hekayə təqdim etməsinə imkan verən yeni xüsusiyyəti istifadəyə verib.
Metbuat.az xəbər verir ki, təqdim olunan yeniliklə “TikTok”da mövcud olan oxşar sistem “Instagram”a gəlir, izləyicilərin bütün əlaqəli məzmunu asanlıqla izləməsinə şərait yaradılır. Belə ki, əvvəllər məzmun yaradıcıları izləyiciləri “2-ci hissəyə baxın” kimi yönləndirirdilər, indi isə bu proses avtomatik həyata keçirilir.

Məzmun yaradıcıları paylaşım zamanı altyazı əlavə edərək və ya əvvəlki “reels”lərdəki menyudan seriya yarada bilər. Seriyaya qoşulan “reels”lərdə istifadəçilər sol alt küncdəki düyməyə toxunaraq növbəti videoya keçə bilərlər. Bununla da izləyicilərin platformada daha uzun qalması və adi izləyicilərin daimi izləyiciyə çevirməsi hədəflənir.