Astroloqların proqnozlarına görə, bəzi bürcləri ilin sonunadək xüsusi uğurlar gözləyir.

Metbuat.az xəbər verir ki, onların həyatında gözlənilməz şanslar yaranacaq, həm şəxsi, həm də peşə sahəsində xoş hadisələr baş verəcək.

Xərçəng – Qarşıdakı aylarda yeni imkanlarla üzləşəcək. Şəxsi həyatında uzun müddətdir arzuladığı xoş xəbər ala bilər.

Oxatan – Maddi baxımdan şansı üzünə güldüyü üçün qazancı artacaq. Yeni iş təklifləri də yolda ola bilər.

Balıqlar – İl bitməmiş yarımçıq qalan arzular gerçəkləşəcək. Qismətində gözlənilməz xoşbəxtliklər var.

Mütəxəssislər qeyd edirlər ki, bu bürclər ilin son günlərinə qədər şansın dəstəyini yanlarında hiss edəcəklər.