Astroloqlar bəzən insan xasiyyətlərinin ulduzlarla sıx bağlı olduğunu deyirlər.
Metbuat.az xəbər verir ki, bürclər arasında isə xüsusilə inadkar və tərs davranışları ilə seçilənlər var.
Buğa – Qərar verdimi, fikrindən döndərmək çox çətindir. Onu razı salmaq demək olar ki, mümkünsüzdür.
Oğlaq – Öz bildiyini edən bürclərdəndir. Sakit görünməsinə baxmayaraq, inadını sonadək davam etdirir.
Əqrəb – Əks fikri qəbul etmir, öz mövqeyindən asanlıqla geri çəkilmir. Onunla mübahisə etmək olduqca çətindir.