14 avqust tarixindən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır. Seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Metbuat.az xəbər verir ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.

Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

Musiqi alətləri ixtisasları üzrə:

* fortepiano, simli alətlər (7 illik təhsil): 6–8 yaş

* fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8–12 yaş

Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:

* vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7–11 yaş

* xor ixtisası (7 illik təhsil): 7–10 yaş

Təsviri sənət ixtisasları üzrə:

* rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8–12 yaş

Xoreoqrafiya ixtisası üzrə:

* 5 illik təhsil: 6–10 yaş

11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):

* Minimum yaş: 13 yaş

* Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.

Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.

Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.

Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir: